Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Sahibkarlar Cavid Qurbanovu müşavirədə hədəfə aldı: “Ötür-ötürlə daşınma qiymətlərini qaldırırlar”

Sahibkarlar Cavid Qurbanovu müşavirədə hədəfə aldı: “Ötür-ötürlə daşınma qiymətlərini qaldırırlar”

“Yaz-payız aylarında nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən kənd təsərrüfatı məhsullarını dəmir yolu ilə ixrac edirik”.
Bunu bu gün “Şəmkir Food Export” şirkətinin direktoru Tahir Hüseynov “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib. 
O, dəmir yolu ilə daşınma xərclərinin yüksək olmasından şikayətlənib: “Məhsulları Yalama stansiyasından dəmiryolu ilə Dağıstana daşıyırıq, ordan da yüklər yerli maşınlarla daşınır. 2008-ci ildə dəmir yollarında rəqabət var idi. Məsafə yaxınlığına görə məhsulların daşınması üçün Xudat və Yalama stansiyalarından istifadə edilirdi. Amma Xaçmaz stansiyasından istifadə edilmirdi. Stansiya rəisi olan şəxs hansısa imkanlarından istifadə edib yenilik etdi. Daşınma haqqı 101 km üçün 700 dollar müəyyən edildi. Üstəlik, vaqonların icarəyə götürülməsi haqqı 800 dollar müəyyənləşdirildi. Amma bu gün Xudat stansiyasından sərhəddə qədər 21 km yük daşıyırıq. Ona görə biz hər vaqondakı 50-55 ton yükə görə hardasa 700 dollara yaxın pul ödəyirik. Əslində isə 180 manat ödəməliyik. Dəmiryolunda daşıma ilə bağlı “ADY Express” və başqa şirkətlər yaradılıb. Ötür-ötürlə daşınma qiymətləri qalxıb. Sərhəddən Dərbəndə qədər məsafə 50 kilometrdir. Buna görə isə 350 dollar ödəyirik. 2018-ci il bitib və vaqonlar boş qalıb deyə böyük cərimələr yazılıb”.
İqtisadiyyat naziri Şahin Mustafayev isə deyib ki, bu həftə ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək: “Tariflərin müəyyən olunması təbii ki, qurumun səlahiyyətindədir. Amma bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …