Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Sağ olsun Mehriban xanım, dərhal reaksiya verdi” – Hacı Əbdül

“Sağ olsun Mehriban xanım, dərhal reaksiya verdi” – Hacı Əbdül

“Dünən Yasamalda yerləşən İmam-Hüseyn məscidinin bərpadan sonra açılışı oldu. Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. O, İmam-Hüseyn məscidinə yenidən nəfəs verdi. İnsanlar bundan sonra məscidə gəlib rahat şəkildə ibadət edəcəklər”.

Bunu Modern.az-a açıqlamasında İmam-Hüseyn məscidinin imamı Hacı Əbdül Əbdülov məscidin yenidən bərpası barədə danışarkən deyib.

Hacı Əbdülün sözlərinə görə, İmam-Hüseyn məscidinin ikinci dəfə ibadətgaha çevrilməsi Mehriban xanımın adı ilə bağlıdır.

“Məhz onun diqqəti sayəsində məscid yenidən bərpa olundu. Allah-Təala deyib ki, “kim mənim evimi abad etsə, mən də onun evini abad edərəm”. Məscidi abad etmək hər adama qismət olmur. Bu nəcib işə görə Mehriban xanıma minnətdaram”.

Hacı Əbdül əvvəllər məscidin yenidən bərpası ilə bağlı bir çox qurumlara müraciət etsə də müsbət cavab almadığını söyləyib:

“Bir söz də deyim. 30 il ərzində İmam-Hüseyn məscidinin yenidən təmir-bərpası üçün kimlərə müraciət etmədik ki! Elə bir aidiyyatı qurum qalmadı ki, problemimizi deməyək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və sairə. Heç kim bizə müsbət reaksiya vermədi. Sağ olsun Mehriban xanım, dərhal reaksiya verdi. İbadət əhli adından Mehriban xanıma təşəkkür edirəm”

Dünən Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …