Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Şəhid baş əsgərin daha bir övladı olacaq…

Şəhid baş əsgərin daha bir övladı olacaq…

İyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan baş əsgər Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək. 

Bu barədə “Qafqazinfo”ya məlumatı şəhidin ailə üzvləri verib. Bildirilib ki, E. Məmmədovun ikinci dəfə ana olmağa hazırlaşan həyat yoldaşı Qönçə Məmmədova 3 aylıq hamilədir. 

Qeyd edək ki, şəhidin ilk övladı Məhəmməd 6 aylıqdır. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …