Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Şəhid bacısı qızını döyənlərin cəzalandırılmasını istəyir

Şəhid bacısı qızını döyənlərin cəzalandırılmasını istəyir

Firduz Dəmirova: “Kasıbıq deyə, başımıza oyun açılmalıdır?”

“Qızım Fəridəni kəndimizin 2 sakini döyüb. Hadisə qızım qoyun otararkən olub. Uşaq 2-ci qrup əlildir. Şikayət edirəm, baxmırlar. Qızımı döyən Abbas Tərlan oğlu Eyyublu və Şəhriyar Məzahir oğlu Mənsimovdur. Ortalıqda gəzirlər, onlara qarşı heç bir tədbir görülmür”.

Goranboy rayonu, Əlirzalı kənd sakini Firduz Dəmirova belə deyir. “Yeni Müsavat”a müraciət edən yaşlı qadının sözlərinə görə, şikayətlərinə baxan yoxdur: “Şəhid bacısıyam. Gedirəm, məni qapıda qarşılayıb yola salırlar ki, bəs işə baxacağıq. İşə baxan yoxdur. Hadisə may ayında olub. Bu günədək də qızımın bədənində xəsarət izləri var. Qızım qaçıb canını qurtarmasaydı, bəlkə onu şikəst edərdilər. Məni get-gələ salıblar. 23 yaşlı qızımın döyülmə səbəbi kimi guya qoyunların onların ərazisinə buraxılması göstərilir. Əslində isə məsələ başqa cürdür, sadəcə, araşdıran yoxdur”.

Firduz Dəmirova deyir ki, məsələnin obyektiv araşdırılmasını istəyir: “Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm. Bu adamlar mənə açıq-aşkar deyirlər ki, get hara istəyirsən şikayət elə, biz bu işin başını bağlamışıq. Biz kasıbıq deyə başımıza oyun açılmalıdır? Xahiş edirəm qızımın döyülməsi, təhqir olunması məsələsi nəzarətə götürülüb araşdırma aparılması təmin olunsun”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …