Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?

Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?

Prezidentin köməkçisi Şahmar Mövsümov səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, Ş. Mövsümov bildirib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur:

“Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …