Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Rusiyada 10 mərtəbəli otel yanır – İnsanlar özünü atır

Rusiyada 10 mərtəbəli otel yanır – İnsanlar özünü atır

Rusiyada oteldə yanğın olub.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, yanğın Rostov-na-Donda 10 mərtəbəli binada qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, alov qısa zamanda ətrafa yayılıb və ərazidə dayanmış 4 maşın yanıb. Bildirilir ki, yanğın təxminən 800 kvadratmetr ərazini əhatə edir.
Sosial şəbəkədə yayılan görüntülərdə insanların yanğından qaçmaq üçün özlərini hündür mərtəbədən atdıqları görünür. Ölən və yaralananlarla bağlı rəsmi məlumat yoxdur.
***
FHN-nin Rostov əyaləti üzrə Baş İdarəsinin nümayəndəsi bir nəfərin öldüyünü açıqlayıb.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …

Bir cavab yazın