Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri satılsın…”

“Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri satılsın…”

“Cahangir Hacıyevin,  Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar  dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdəki çıxışında deyib. O, Qarabağ uğrunda müharibədə 24000 vətən övladının şəhid olduğunu qeyd edib: “Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim.

Cahangir Hacıyevin Londondakı malikənələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar  dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …