Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Qızı ilə eyni ixtisasa daxil olan ata oxumaqdan imtina etdi -“İkimizdə də ödənişli idi, təki, o, oxusun”

Qızı ilə eyni ixtisasa daxil olan ata oxumaqdan imtina etdi -“İkimizdə də ödənişli idi, təki, o, oxusun”

Qızıyla birlikdə Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olan Kərəm Süleymanov təhsilini davam etdirmək üçün universitetdə qeydiyyatdan keçməyib.
Azinforum.az xəbər verir ki, AzEdu.az-a bununla bağlı açıqlama verən Kərəm Süleymanov  bildirib ki, hər ikisi ödənişli olduğu üçün onun da oxumaq istəyi alınmayıb:
“Qeydiyyatdan keçmədim, amma Nərgiz keçdi. Gördüm ki, ikimizdə də ödənişlidir, davam etdirmək çətin olacaq. Bakıda evim də yoxdur, burada qalmağım, ikimizin paralel olaraq, təhsilimizin davam etdirməsinin çətin olacağını düşündüm. Nərgiz oxumalıdır, ona müəyyyən xərclər lazımdır, əlavə işləməliyəm ki, xərcləri  ödəyə bilim. Mənim bir ali təhsilim var, Nərgizin oxuması isə vacibdir”.
O deyib ki, növbəti illərdə də imtahan verib alındığı təqdirdə oxumaq fikrindədir:
 
“Hansı qrup olmasından asılı olmayaraq növbəti illərdə də imtahan verə bilərəm. I qrup lap asandır, çünki bildiyim fənlərdir. Amma digər  qruplara girmək də problem deyil, bir az üzərimdə çalışmalıyam. Digər qruplar üzrə əvvəllər də daxil olmuşam deyə, çətin gəlmir. Gələn il imtahan verib daxil olsam, ödənişsiz olsa,  nəsə yenilik əldə edə biləcayimii görsəm, təhsil alaram. Ali təhsilin çox olması insan üçün bir yaraşıqdır, qabiliyyətini göstərir”.
Onun sözlərinə görə, qəbul olmağının müsbəti tərəfləri var:
“İnsan ola bilər ki, bir-iki müsabiqədən keçməsin, amma onlarda ruh düşkünlüyü yaranmamalıdır, çünki oxumaq gec deyil. İnsan hər yaşında  ali təhsil ala bilər. Anam iki ildir rəhmətə gedib, 3-4 il əvvəl  mənə deyirdi ki, başın qızıldı, amma qiymət verilmir. Mən ona dedim ki, sənin də,öz sənədlərimi də universitetə verəcəm, ana-bala oxuyarıq. Anam çox savadlı olub, Ağdamda Tibb kollecini bitirib və tibb işçisi idi. Aşağı siniflərdə məsələ, misallarda problemim olanda o da mənə kömək edirdi”.
Qeyd edək ki, Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova I ixtisas qrupu üzrə yay imtahanında iştirak edərək müəyyən balı toplayıb ödənişli əsaslarla BDU-ya daxil olublar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …