Bakıda kürəkən ilə keçmiş qayınanası arasında insident yaşanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dava Səbail rayonunda yerləşən 39 saylı uşaq baxçasında baş verib. Bakı sakini 1978-ci il təvəllüdlü Rüstəm Qasımovla keçmiş qayınanası Yelena arasında uşaq baxçasında dava düşüb.
Qayınana yeznəni döyərək xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.