Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Qaydaları pozan 2 müəllim imtahandan qovuldu – Cəmi 1 nəfər…

Qaydaları pozan 2 müəllim imtahandan qovuldu – Cəmi 1 nəfər…

Mayın 29-da keçirilmiş müəlimlərin dioqnostik qiymətləndirilməsi imtahanında maraqlı nəticələr qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak etdiyi imtahanlar 4 seans keçirilib. Ümumilikdə, 2698 müəllimin qatıldığı imtahanlarda davamiyyət 89% olub.

İmtahan zamanı 2 müəllim qulaqcıqdan istifadə etməklə sualları cavablandırmağa cəhd edib. Bu səbəbdən onlar imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub.

İmtahalar zamanı maraqlı başqa bir məqam isə bir nəfər gənc xanımın anasının əvəzinə imtahana girməyə cəhd etməsi olub. O, səbəb kimi anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib.

İmtahanlar zamanı cəmi bir nəfər maksimum nəticə olan 60 bal toplayıb. O, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Babayevadır.

İmtahanlar zamanı qeydə alınan ən aşağı nəticə isə 2 bal olub. Bundan başqa, 55 nəfər 10 baldan aşağı nəticə göstərib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …