Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Prezident Rövşən Rzayevlə nələrdən danışdı? – Video

Prezident Rövşən Rzayevlə nələrdən danışdı? – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllindən, nəzərdə tutulan işlərdən danışıb. 

Prezident “Qobu Park-2” yaşayış kompleksinin açılışını xatırladıb. Qeyd edib ki, həmin açılışda sahibkarlara çağırış edərək onlara bu işlərə qoşulmağı tövsiyə edib:

“Sahibkarlar da mənim bu çağırışıma cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürüb, bu günə kimi 100-dən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilib”. 

Prezidentin Rövşən Rzayevi qəbul etdiyi görüşün videosunu təqdim edirik:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …