Ana səhifə / Aktual / Polis şöbəsinin baş çavuşu qəzada öldü

Polis şöbəsinin baş çavuşu qəzada öldü

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə nəticəsində polis əməkdaşı dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Oğuz Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Yaqub oğlu Əliyev özünə məxsus 90- KG- 046 dövlət nömrə nişanlı, “VAZ” markalı avtomobillə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü Füzuli Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dünyasını dəyişən F. Əliyev Oğuz rayon Polis Şöbəsinin post patrul xidmətinin baş çavuşudur və onun bir övladı var.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın