Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Peyvənd olunanlar 6 aydan sonra bir doza vaksin vurdurub sertifikatı alacaq” – TƏBİB rəsmisi

“Peyvənd olunanlar 6 aydan sonra bir doza vaksin vurdurub sertifikatı alacaq” – TƏBİB rəsmisi

“Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur. Bütün vaksinləri Bakıda vurdurmaq olar”.

Mia.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün regionlarda hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur: “Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub”.

Y.Qarayeva bildirib ki, bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər.

Onun sözlərinə görə, yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur: “İşaq planlamadan öncə də peyvənd etdirmək məsləhət deyil”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …