Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Partlayış olan klubdakı müğənni: “Gözümü açdım ki, insanlar yanaraq çölə qaçırlar” – VİDEO

Partlayış olan klubdakı müğənni: “Gözümü açdım ki, insanlar yanaraq çölə qaçırlar” – VİDEO

Aprelin 3-də baş verən partlayış zamanı “Location” klubda olan müğənni Nicat Məhərrəmov yaşadıqlarını danışıb. 

ATV-yə danışan Nicat bildirib ki, beş dost həmin vaxt klubda olub:

“Partlayış klubun mərkəz hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın altındayam. Baxdım ki, ortada heç kim yoxdur. Hətta insanlar yana-yana qaçırdılar, gözümlə gördüm. Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdə çıxmışam, görən şok içində idi. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi, yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var”.

Qeyd edək ki, “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Daha ətraflı süjetdə:

https://player.baku.tv/embed/52490

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …