Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Parabokt”dakı faiz fırıldağı müştərini dilə gətirdi

“Parabokt”dakı faiz fırıldağı müştərini dilə gətirdi

Şikayətçi: “Orada sırf dələduzluqla məşğuldurlar”

Əhalinin aztəminatlı hissəsinin əsas müraciət etdiyi ünvanlardan biri də lombardlardır. Şəhid ailəsinin üzvü olan və redaksiyamıza müraciət edən Emin İsmayılov da bu təbəqənin üzvlərindəndir. Deyir ki, əvvəllər adı “Parabank”, indi isə “Parabokt” adlanan qurumun Çəmbərəkənd filialından lombard krediti götürüb.

“Orada sırf dələduzluqla məşğuldurlar. Qapıya yazıb vurublar ki, 2 faizlə lombard krediti verirlər. Faktiki isə müqavilə bağlananda 5 faiz əvvəlcə pul alırlar, xırda-para məsrəfləri də əlavə edib 8-9 faizə qədər əlavə hesablayırlar. Əgər ”Parabokt” 8-9 faizlə lombard krediti verirsə, qapıya niyə 2 faizlə kredit verdiklərini yazıb əli hər yerdən üzülən vətəndaşı aldadırlar? Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı hara baxırlar? Niyə “Parabokt”dakı fırıldağın qarşını almırlar?”

E.İsmayılov deyir ki, 2 aylıq krediti bağlayan zaman da problemlər yaradılıb, əlavə pul ödəməsinə işarələr vurulub: “Deyirlər ki, girovu pulu haradan almısansa, get oradan istə. Halbuki girovu mən Çəmbərəkənd filialına qoymuşam. Məni süründürməçiliyə, get-gələ salmağa nə ehtiyac var? Yəni girovu istəyəndə də pul umurlar”.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …