Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Oqtay Şirəliyev onu yeni aparat rəhbəri TƏYİN ETDİ

Oqtay Şirəliyev onu yeni aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib.  Unikal.org-un əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

Sözügedən xəbəri Unikal.org-a Səhiyyə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …