Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Faytonçu Nazim qəza törətdi – Hadisə yerindən qaçdı + Video

Faytonçu Nazim qəza törətdi – Hadisə yerindən qaçdı + Video

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyarı qəza törədib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.  

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Zəncirvari qəzaya səbəb olan N. Pişyarı dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. 

“Qafqazinfo” mövzu barədə müğənninin mövqeyini öyrənməyə çalışsa da, qarşı tərəf telefonlara cavab verməyib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …