Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Ölən qardaşı ilə bağlı sual verdilər, ağladı – Video

Ölən qardaşı ilə bağlı sual verdilər, ağladı – Video

TV və radio aparıcısı Aytən Səfərova “Üçümüz” proqramında göz yaşlarını saxlaya bilməyib. Belə ki,  zalda əyləşən tamaşaçılardan birinin verdiyi sual Aytəni kövrəldib.

“Qafqazinfo”nun məlumatına görə, o, “elə bir möcüzə olsaydı, qapını açan zaman qarşınızda Araz (dünyasını dəyişən qardaşı) olsa, ilk sualınız nə olardı?” sualına ağlayaraq cavab verib: “Cavab odur ki, heç nə, qucaqlayardım! 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım”.

A. Səfərova qardaşının illər əvvəl Rusiyada çayda boğulduğunu deyib: “Özüm Rusiyada böyümüşəm. Balaca qardaşım var idi. Allah rəhmət eləsin, Fərman Salmanov o vaxt azərbaycanlıları işləməyə Sibirə aparırdı. Biz ailəlikcə köçmüşdük. Qardaşım Araz çayda batdı, anamın ad günündə tapıb gətirdilər.

Araz həmişə mənimlə yatırdı. Hadisə günü gördüm ki, balaca döşək var, orada uzanıb, pişiyi var idi o da yanında. Çox təəccübləndim, fikirləşdim ki, uşaq məndən niyə ayrı yatıb? Həmin dövrdən anam da xəstə idi. Bilirəm ki, valideyn bir həftə ərzində necə qocala bilər… Allah heç bir valideynə çiynində tabut daşımağı qismət eləməsin. Mən ağlaya bilirəm. Yuxuma gəlib deyir ki, onsuz 1 həftə suda qalmışam, indi də siz ağlayırsız  yerim yaş olur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …