Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı – TƏFƏRRÜAT

Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı – TƏFƏRRÜAT

Bir neçə gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən həbs olunan “Sumqayıt” futbol klubunun üzvü Nicat Muxtarov sərbəst buraxılıb.
Moderator.az-ın məlumatına görə, futbolçu zaminə buraxılıb. Hələlik onun həbsdən buraxılmasının detalları açıqlanmır.
Qeyd edək ki, futbolçunun oğurluq etməsinin də səbəbi bilinib.
U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib. Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də, bu mövsüm \”Sumqayıt”ın \”Kəpəz” və \”Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
Oxu.Az xəbər verir ki, \”Futbol+” qəzetinin araşdırmasına görə, \”Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir və nə qədər ki pulu ödəməyib, PFL (Peşəkar Futbol Liqası) onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu \”Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsi ilə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.

Həmçinin oxuyun

“Fransa razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı bəyanat verib. …

Bir cavab yazın