Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Oğlum gülə-gülə o dünyaya getdi…” – Dostları Natiqlə vidalaşdı

“Oğlum gülə-gülə o dünyaya getdi…” – Dostları Natiqlə vidalaşdı

Noyabrın 22-də gecə saatlarında evində ürəktutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimovla dostları vidalaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərhumun nəşi saat 13 radələrində Nərimanov rayonunda yaşadığı mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Vida mərasimində mərhumun yaxınları və media nümayəndələri iştirak edib.

N.Qədimovun atası Aydın Qədimov deyib ki, oğlu heç vaxt səhhətindən şikayət etməyib: “Oğlum gülə-gülə o dünyaya getdi”.

***

N.Qədimovun nəşi Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

 













Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …