Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Nəşi tapılan polkovnik-leytenant dəfn edildi – Foto

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi – Foto

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün dəfn edilib. 

“Qafqazinfo” xəbər verir ki, polkovnik-leytenant doğulduğu Ağdaş rayonunun Abad kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində rayon sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak edib. 

Qeyd edək ki, 1982-ci il təvəllüdlü A. Əliyev həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …