Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Novruz Məmmədov istefası barədə danışmaq istəmədi

Novruz Məmmədov istefası barədə danışmaq istəmədi

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.
Bunu Modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.
O, qeyd  edib ki, əlavə nəsə danışması doğru deyil:
“Bu gün Milli Məclisdə Baş nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …