Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Nazirlik Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yaydı: “Meyiti aidiyyəti üzrə təhvil verilib…”

Nazirlik Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yaydı: “Meyiti aidiyyəti üzrə təhvil verilib…”

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yayıb.
Bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitin aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb”, – deyə məlumatda qeyd olunur/Report.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …