Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Naxçıvan Muxtar Respublikasında yeni publik hüquqi şəxs yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama görə MR-nın Stomatoloji Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Stomatoloji Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Stomatoloji Mərkəzin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …