Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Natiq Cəfərli: “Duqinin qızı terrora qurban gedəndə, seviniriksə, deməli, “rusiyalaşırıq””

Natiq Cəfərli: “Duqinin qızı terrora qurban gedəndə, seviniriksə, deməli, “rusiyalaşırıq””

“Rusiyanın Ukraynaya qarşı apardığı vəhşi müharibə, XXI əsrdə torpaq işğaletmə cəhdi, şəhər-kəndləri viran qoyması, uşaq-qoca demədən insanları öldürməsi, 7-8 milyon ukraynalıları qaçqına çevirməsi, təbii olaraq bütün sivil dünyanın qəzəbinə səbəb olub. Amma sivil dünya ona görə cəlbedici və təbliğ olunandır ki, bəlli prinsipləri, qanunları, dəyərləri var, bütün bunları qəzəb məhv etsə, hamımız “rusiyalaşacağıq””.

Azinforum.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə, sivil dünya vətəndaşı həmişə terroru lənətləməlidir: “Terror Rusiya ərazisində olanda, fikirlərini, tezislərini bəyənmədiyimiz Duqinin qızı terrora qurban gedəndə seviniriksə, deməli, “rusiyalaşırıq”. Və ya sivil dünyanı ayaqda saxlayan və inkişaf etdirən dəyərlərdən biri mülkiyyət toxunulmazlığıdır, bunu qorumalıyıq, amma, məsələn, onminlərlə Rusiya vətəndaşının Qərbdə mülkiyyəti məhkəmə qərarları olmadan müsadirə olunur, buna normal yanaşmağa başlayanda “rusiyalaşırlq”. Yaxud Rusiya vətəndaşlarına “şengen” vizası verilməməsinə, artıq vizası olan vətəndaşların sənədləri ləğv edilərkən sevinəndə “rusiyalaşırıq”, çünki bunlar qanuni addımlar deyil, Avropa Birliyi ölkələri bu addımlarla qanunlarını pozurlar. Qəzəb və nifrət irrasionaldır, çox pis presidentlər yaradır, sivil dünyanı dəyərlərdən və qanunlardan aralı salır, Kremlə də elə bu lazımdır, istəyir ki, dünya dəyərlərdən, qanunlardan, hüquqdan kənarlaşıb “rusiyalaşsın”. Olmaz belə, sivil dünya yalnız dəyər və prinsiplərinə sadiq qalsa, “rusiyalaşmasa” Kremlə qalib gələ bilər, Putinin oyun qaydalarına keçmək olmaz, çünki o qaydaları yaxşı bilir, daim qanunsuz, dəyərsiz, prinsipsiz, məhkəməsiz davranıb, indi də oyunu yaxşı bildiyi sahəyə çəkir. Ayılaq, “rusiyalaşmayaq””

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …