Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / ““Namus” deyib afristlik etməzdən qabaq güzgüyə baxın!” – AKTRİSA

““Namus” deyib afristlik etməzdən qabaq güzgüyə baxın!” – AKTRİSA

Bəsdirin, mentalitet sözünü bu qədər bəsitləşdirməyin. 
Moderator.az xəbər verir ki, bu sözləri aktirsa Pərvin Abiyeva geyimlərinə tutulan iradlara cavab olaraq İnstaqram səhifəsində yazıb. O, 1976-cı ilə aid bir foto paylaşaraq, Sovet dönəmində də insanların belə geyimlər geydiyini bildirib:
“1976-cı il bizim analarımız, nənələrimiz və 2016-cı il. Hələ o vaxtı onlar bu qədər azad düşüncəli və müasir olarkən, məktəbə belə bu cür qısa ətəklərdə gedərkən, sizə nə olub? Nə vaxta kimi Azıx mağarasında imiş kimi davranacaqsınız? Real həyatda min hoqqadan çıxıb, İnstaqramda namus, qeyrət dəllalı kəsilmisiz başımıza? Onda gedək analarımıza deyək ki, bu nə geyimdir geyinmisiz? Atamız sizi nə adla alıb, namussuz olmusuz? Heç kim deməsin ki, mənimki geyinməyib! Elə hamının anası da, nənəsi də geyinib. Çünki o vaxtın modası belə olub. Bu o deməkdir ki, bu qadınlar hamısı namussuzdur? Ərinməyəm, mənə burada gic-gic yazan qız, ya oğlan, fərqi yoxdur, hamısının həyatını araşdıram, bütün zibillərini tökəm ortalığa, biabir eləyəm Azərbaycanla bir. Son vaxtlar hansı sayta, şəklə, səhifəyə baxırsan, hamı mentalitetdən danışır. Hamı hamını “mentalitetimiz” deyib qınayır. Bəsdirin ey, bəsdirin, mentalitet sözünü bu qədər bəsitləşdirməyə haqqınız yoxdur. Hamı öz keçmişinə və indiki həyatına baxsın, sonra İnstaqramda şirə dönsün. Biz məşhurların bütün həyatı sizin gözünüzün qabağındadır, açıq-aşkar hər şeyi yaşayırıq, amma sizlərin necə yaşadığını heç kim bilmir, ona görə də təhqirdən, “namus” deyib afristlik etməzdən qabaq güzgüyə baxın!”

Həmçinin oxuyun

“Azərbaycan və Ermənistan arasında mübarizə hər bir vergül üstündə gedirdi”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi …

Bir cavab yazın