Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Nəsimi rayonunda Milli Mətbuat günü ilə bağlı video-müşavirə keçirilib

Nəsimi rayonunda Milli Mətbuat günü ilə bağlı video-müşavirə keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 145  illiyi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələri nümayəndələrinin iştirakı ilə video-müşavirə keçirilib.

Azinforum.az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə keçirilən video-müşavirəni giriş sözü  ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, 145 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib.

Video-müşavirədə  iyul ayının 12-də erməni silahlı birləşmələri tərəfindən Azərbaycan sərhədlərinin Tovuz istiqamətində pozulmasına cəhd edilməsinin Milli Ordumuzun əsgərləri tərəfindən qarşısının alınması və bu ağır günlərdə Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında daha sıx birləşdiyi, ordumuza olan ümumxalq inamı xüsusi qeyd olundu.

Video-müşavirədə mətbuat nümayəndələri çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …