Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Nəsimi Rayon İra Hakimiyyəti məktəblilər üçün daha bir maraqlı istirahət günü təşkil etdi

Nəsimi Rayon İra Hakimiyyəti məktəblilər üçün daha bir maraqlı istirahət günü təşkil etdi

Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

Nəsimi RİH-dən bildirildiyinə görə, rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsi “Damla” istirahət mərkəzində təşkil edilən tədbirə uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla gedib. Tədbirdə rayonun məktəblərində təhsil alan, aztəminatlı ailələrdən olan, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak edib. Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirib ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. G.Verdiyeva uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun davamlı olaraq layihələr həyata keçirdiyini diqqətə çatdırıb və Fondun bu istiqamətdə dövlətin fəaliyyətini hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işlər adlandırıb.

 Tədbirdə uşaqlar müxtəlif maraqlı oyunlarda iştirak edib, qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …