Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Nərgiz Paşayevanın qızı “Park Cinema”nı tənqid etdi: Bu gündən etibarən…

Nərgiz Paşayevanın qızı “Park Cinema”nı tənqid etdi: Bu gündən etibarən…

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova İnstaqramda “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.

Azinforum.az  xəbər verir ki, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.

“”Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”.

Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …