Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / NƏ BAŞ VERİR: Laçın Dəhlizi bağlandı… – Ermənilərin təxribat törədəcəyinə dair məlumat var

NƏ BAŞ VERİR: Laçın Dəhlizi bağlandı… – Ermənilərin təxribat törədəcəyinə dair məlumat var

Zəfər Gününü qeyd etdiyimiz 8 noyabr tarixində günorta saatlarında Şuşa şəhəri yaxınlığında silahlı insident baş verib. JAMAZ.İNFO xəbər verir ki, Şuşanın yaxınlığındakı yol ayrıcında baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə barədə xəbər yayan erməni separatçıları iddia ediblər ki, guya, su xəttində işləyən mülki şəxslərə Azərbaycan Ordusunun əsgərləri atəş açıb. Lakin bunu təsdiq edəcək heç bir dəlil və sübut ortaya qoya bilməyiblər. Heç həmin şəxslərin su idarəsinin işiləri olduğu da naməlumdur. Sadəcə, ənənəvi olaraq, Azərbaycanı ittiham etmək üçün bu cür bəhanələrdən istifadə etdikləri də sirr deyil.

JAMAZ.İNFO xəbər verir ki, bu hadisədən sonra Laçın Dəhlizi müvəqqəti olaraq bağlanılıb. Qarabağda özünü “ombudsman” kimi təqdim edən Qeqam Stepanyan bildirib ki, Dəhlizin Şuşadan keçən hissəsində yollar bağlanıb və bütün hərəkət dayandılıb. O, yolun nə zaman açılacağı barədə xəbərsiz olduğunu qeyd edib.

Lakin dəhlizin bağlanmasının başqa səbəblərinin olduğuna dair məlumatlar da var. Həmin məlumatlarda bildirilir ki, yolun bağlanmasını Azərbaycan tərəfi tələb edib. Və bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirib. Sözügedən məlumatlara etibar etsək, belə başa düşmək olar ki, Azərbaycan Ordusunun əlində ermənilərin təxribat törədəcəyinə dair məlumat var və təhlükəsizlik məqsədi ilə bu addımı atmaq məcburiyyətində qalıblar. 

Bəzi bilgilərə görə, Ordumuzun xüsusi bölmələri rus sülhməramlıları ilə birlikdə dəhliz boyu araşdırma və axtarışlara başlayıblar. Eyni zamanda, Dəhlizdə təhlükəsizlik tədbirlərini gücləndiriblər. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …