Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Mənsimovdan Rövnəq Abdullayevin federasiyasına ŞOK sözlər: “Onlar kimi rüşvət və oğurluqla pul qazanmırıq”

Mənsimovdan Rövnəq Abdullayevin federasiyasına ŞOK sözlər: “Onlar kimi rüşvət və oğurluqla pul qazanmırıq”

Fəliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun fəxri prezidenti, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov klubun yenidən fəaliyyəti ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı “facebook”dakı hesabında izləyicilərdən birinin “Xəzər Lənkəran” nə zaman geri dönəcək” sualına belə cavab verib:

“Xəzər Lənkəran” AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də, indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim “Xəzər Lənkəran” mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq”.

2004-cü ildə yaranan “Xəzər Lənkəran” 2016-cı ildə fəaliyyətini dayandırıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …