Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Müştərilər polisin və bankın təhlükəsizlik əməkdaşının hücumuna məruz qalırlar” – “Azər Türk Bank”dan narazılıq

“Müştərilər polisin və bankın təhlükəsizlik əməkdaşının hücumuna məruz qalırlar” – “Azər Türk Bank”dan narazılıq

Müştərilərin banklarla bağlı müxtəlif səpkili narazılıqlarına tez-tez rast gəlirik. Ya kredit ödənişlərində problemlər yaşanır, ya bank faizlərinin çoxluğundan şikayətlər edilir, ya da bilib-bilmədiyimiz başqa narazılıqlar. Budəfəki şikayətlər isə debet kartlarla bağlıdır. Daha dəqiq desək, “Azər Türk Bank”ın müştəriləri bankın təklif etdiyi debet kartdan narazılıq ediblər. Gündüz Süleymanov adlı şəxs debet kartıalmaq üçün bankın müştəriləri “süründürdüyünü”, bankda xeyli vaxt itirdiyini iddia edir: 

“Çox təəssüf edirəm ki, “Azər Türk Bank”dan debet kart almağa çalışdım. Əvvəla, bir neçə həftə əvvəl valyuta ilə debet kart almaq istədim sonradan məlum oldu nağdlaşma zamanı faiz tutulur. Kartı qəbul etmədən imtina etdim. Nağdlaşma zamanı faiz tutulması haqqında saytda dolğun məlumat qoyulsa idi, vaxtımı boşuna sərf etməz və sifariş etməzdim. Daha sonra keçən həftə manatla debet kart sifariş etdim. Yasamal filialından kartı almağa çalışsam da, mümkün olmadı. Hazır kartı almağa nə qədər vaxt getdisə, axırı filialı tərk etdim və daha bu qədər vaxt itkisinə məruz qalmamaq üçün bir daha bu banka üz tutmamağa çalışacağıma qərar verdim”.  

Şikayətçinin sözlərinə görə, bankda növbədə gözləyərkən “Azər Türk Bank”ın  “Facebook” səhifəsinə daxil olub və orada xeyli sayda müştəri şikayəti olduğuna şahid olub: “Müştərilərin şikayətləri ilə tanış olub dəhşətə gəldim. Müştərilərin icazəsi olmadan vəsaitlərinin silinməsi halları baş alıb gedirmiş. Yaxşıdır ki, səhifə ilə tanış oldum və dəqiq qərara gəldim, belə məsuliyyətsiz müəssisə ilə münasibət qurmaq olmaz. Vaxt itkisinə görə isə bankın rəhbərliyinə şikayət etmək istəsəm də, rəhbərliklə əlaqə qurmaq mümkün olmadı. İşçilər telefon nömrəsini vermədilər. Bir daha fikirləşdim ki, heyif vaxtımı belə məsuliyyətsiz müəssisəyə sərf etmişəm”.  

G.Süleymanov daha bir neqativ halı da qeyd edib: “Bir neçə həftə əvvəl tanışımla eyni filialda başqa bir müştərinin saatlarla gözlədildiyinin şahidi olmuşduq. Müştəri təngə gətirildikdən sonra şikayət etmək istəyərkən bankda girişin sağında duran, özünü bankın təhlükəsizlik əməkdaşı kimi qələmə verən kəsin və eyni yerdə duran polis nəfərinin məsuliyyətsiz davranışlarına şahid olduq. Müştərinin polisin və bankın təhlükəsizlik əməkdaşının hücumuna məruz qalması faktı yəqin ki, həmin gün bankda gözləyən çoxsaylı müştərinin yadında qalıb”. Şikayətçi bu barədə “Azər Türk Bank”ın “Facebook” səhifəsinə də mesajla şikayətini bildirib. Təəssüf ki, Gündüz Süleymanov “Azər Türk Bank”dan şikayət edən tək müştəri deyil. Ülvi Məmmədov adlı şəxs də sözügedən bankdan narazıdır: 

““Azər Türk Bank” deyilən bir bürokratik məngənə var. Elan eləmişdilər ki, bəs bizdə pulsuz, kommisiyasız kart var. 1 aydan çoxdur, kart sifariş etmişdim. Hər gün də sms ilə zəhləmi tökürdülər ki, gəl kartı götür. İyunun 2-də yaxınlaşdım bankın Yasamal filialına. 2 saat növbə gözlədim. 1 müştərini 1 saat 30 dəqiqəyə yola sala bilmirdilər. Azərbaycan bankçılıq tarixində belə biabırçılığa heç zaman rast gəlməmişdim. Bir müştəri sual verdi ki, “bank niyə bu gündə işləyir, daha doğrusu işləmir?” Elə bunu eşidən özünü təhlükəsizlik xidmətinin rəisi adlandıran bir nəfər “başına təsbeh” salıb, başladı “zakon xırdalamağa”. Müştəriləri adam yerinə qoymayan bu yarıtmaz bankın işçisinin belə davranışını görüb, “tüpürüm sizin kartınıza da, xidmətinizə da” deyib oranı tərk etdim”.

 P.S. Bankın mövqeyini də yayımlamağa hazırıq.Öztürk

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …