Cümə , Aprel 26 2024
Ana səhifə / Müəzzəz Ersoyun azərbaycanlı köməkçisinə 100 min “atmaq” cəhdi

Müəzzəz Ersoyun azərbaycanlı köməkçisinə 100 min “atmaq” cəhdi

Türkiyədə məşhur müğənni Müəzzəz Ersoyun azərbaycanlı köməkçisi Azər D. özünü polis kimi təqdim edən dələduzların hədəfinə tuş gəlib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dələduzlar Azər D.-ni Müəzzəz Ersoyla bir arada görərək onu müğənninin oğlu zənn ediblər və aldatmaq qərarına gəliblər. Özlərini polis kimi təqdim edən dələduzlar müğənninin köməkçisinə zəng edərək “biz antiterror polisiyik, bank hesablarınız terror təşkilatının nəzarətinə keçib. Şübhəliləri yaxalamaq üçün 100 min TL yardımınız lazımdır” deyiblər.

Lakin Azər D. zəng vuranların polis olmadığını dərhal başa düşüb və onları tora salmaq üçün özünü deyilənlərə inanırmış kimi göstərib. Müğənninin asistenti onlara istədikləri pulu verəcəyini deyib, daha sonra polisə məlumat verib.

Asayiş Şöbə Müdirliyinin dələduzluğa və cibgirliyə qarşı mübarizə bölməsinin əməkdaşları əməliyyat qrublar və Azər D.-yə şübhəli ilə təkrar danışması üçün təlimat veriblər. Azərbaycanlı dələduzlara zəng edərək tələb olunan məbləği hazırladığını, İstanbul Etilerdə həmin pulu çatdıracağını deyib.

Təyin olunan yerdə onlar görüşüblər və dələduzlar müğənninin asistentinin əlindən pulla dolu torbanı almaq istəyəndə yaxınlıqda pusqu quran polislər onları həbs ediblər.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın