Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / MTRŞ sədri ATV-nin efirində baş verənləri telekanal rəhbəri ilə müzakirə edib

MTRŞ sədri ATV-nin efirində baş verənləri telekanal rəhbəri ilə müzakirə edib

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.
MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.
“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, – deyə T. Dadaşov vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …