Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Xəzər rayonunda möhtəşəm tədbir keçirdi-FOTO

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Xəzər rayonunda möhtəşəm tədbir keçirdi-FOTO

Aprelin 18-sində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Bakının Xəzər rayonunda tədbir keçirilib. Tədbirdə  Milli Qəhrəman Zabit Quliyev , Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, həmin İB-nin Laçin rayon üzrə nümayəndəliyinin rəhbəri Ədalət Kəlbalıyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Xəzər  rayon İcra Hakimiyyətinin rəsmiləri , həmin rayonun Hərbi Komisarlığının nümayəndəsi və  Aprel döyüşçüləri iştirak ediblər. Onlar tədbirə toplaşan gənclərə müharibədə igidlik göstərmiş qəhrəmanlarımızın keçdiyi şərəfli həyat və döyüş yolu barədə geniş məlumatlar veriblər. Layihənin davamının başqa rayonlarda da olacağı bildirilir.

 

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …