Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan
Azərbaycan Prezidentinin xanımı, Azərbaycanın birinci vitse-prezidenti
Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət edib.
Anna
Akopyanın sözlərinə görə, buna səbəb bir neçə gün bundan əvvəl Mehriban
Əliyevanın Telegram şəbəkəsində “Bizim vahid arzumuz “Qarabağ
şikəstəsi”ni Qarabağ torpağında birlikdə eşitməkdir!” məzmunlu status
yazması olub.
“Mən
bilirəm, o (Mehriban xanım), bunu təxminən hansı mənada yazıb. Mən indi
Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o, bizim qonağımız
ola bilər. Erməni xalqı və “artsaxlılar” (qarabağlılar) qonağı necə
qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər”, – Anna Akopyan deyib.
“Bu,
həqiqətən dəvətdir”, – deyə Anna Akopyan əlavə edib ki, “ermənilərə xas
olan qonaqpərvərlik ənənələri üzrə” Mehriban xanımın Qarabağda sevimli
muğamını dinləmək arzusu yerinə yetər.
Milli Məclisin Xankəndidən olan deputatı Flora Qasımova Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Axı Anna Akopyan Mehriban xanımın səviyyəsində olan adam deyil ki, onun sözünə diqqət edək!”,-deyə xanım deputat əlavə edib.
Flora Qasımova deyib ki, onlar küçədən yığılıb gələn adamlardır:
“Ataların
belə bir misalı var: “Kor atın kor da nalbəndi olar”. Ermənistan bu
günə kimi ciddi bir dövlət belə, qura bilməyib. Onlardan nə gözləmək
olar?!
Mehriban
xanımın səsləndirdiyi fikirlər, gördüyü işlər göz önündədir. Bunlar
küçədən yığılıb gələnlərdir. Nikol Paşinyan və Anna Akopyan nə Mehriban
xanım, nə də cənab Prezidentimizə uyğun adamlardır. Anna Akopyanın bu
cür fikirlər səsləndirməsi həyasızlığın son həddidir. “Keçinin ölümü
gələndə buynuzunu çobanın ağacına sürtür” deyərlər. Bunlar da belədir.
Onlar bilmirlər ki, Azərbaycanı necə qızışdırsınlar. Elə-belə danışmaqla
deyil”.
Deputatın sözlərinə görə, Anna Akopyan belə danışmaqla bir daha işğalçı olduqlarını ortaya qoyub:
“Ermənistan
Qarabağı işğal edərək, orada cinayətkar, terrorçu, separatçı qurum
ayardıb. Onlar heç vaxt istəməz ki, iki ölkə arasında münaqişə sülh yolu
ilə həll olunsun. Nə vaxt ki, irəliləyişə nail olmaq istəyirik, bunlar
dərhal qızışdırıcı bəyanatlar verirlər. Əmindirlər ki münaqişə həll
olunsa, cinayətkar əməlləri üzə çıxacaq və cəzalarını ən ağır formada
alacaqlar”.
Ana səhifə / Aktual / Milli Qəhrəmanın həyat yoldaşı Paşinyanın arvadına: – “Onun fikirləri həyasızlığın son həddidir”
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …