Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Mikayıl Cabbarovun qaynatasının xidməti avtomobilləri əlindən alınmayacaq – AÇIQLAMA

Mikayıl Cabbarovun qaynatasının xidməti avtomobilləri əlindən alınmayacaq – AÇIQLAMA

Müəllif Hüquqları Agentliyindən “Report”a verilən məlumata görə, Nazirlət Kabinetinin müvafiq qərarı ilə Agentliyin nəqliyyat vasitələri üçün qoyulan limit aradan götürülüb: “Yəni, qərara əsasən sadəcə limit götürülüb, avtomobillərin geri alınmasından söhbət getmir”.

***

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara görə, agentliyin istifadəsində olan iki ədəd xidməti avtomobil geri alınıb.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov vergilər naziri Mikayıl Cabbarovun həyat yoldaşının atasıdır.

***

Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən verilmiş avtomobillər geri alınır.

“Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.

Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …