Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Mehman Hüseynov həbsxanadan çıxdı

Mehman Hüseynov həbsxanadan çıxdı

Bloqer Mehman Hüseynov anasının dəfnində iştirak edəcək.

Bunu barədə virtualaz.org-a Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyib. Onun sözlərinə görə, M.Hüseynov bu gün bununla qlaqədar müvəqqəti azadlığa buraxılıb.

*   *   *16:26

Həbsdə olan bloqer Mehman Hüseynov anasının dəfninə buraxılacaq.

Virtuala.org-un məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mehman Hüseynovun bir neçə günlüyə buraxılması ilə bağlı qərar Mətbuat Şurasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə müraciətindən sonra qəbul edilib.

*   *   *12:12

Bu gün bloger Mehman Hüseynovun anası vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 71 yaşlı Firəngiz Hüseynova 3 həftə öncə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, 2017-ci ilin mart ayının 3-də Nəsimi rayon polisinin rəisi Musa Musayevin iddiası üzrə M.Hüseynov böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …