Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / MAHMUDOVLARIN XARİCDƏKİ BƏZİ ŞİRKƏTLƏRİ TAPILDI – Sənədlər

MAHMUDOVLARIN XARİCDƏKİ BƏZİ ŞİRKƏTLƏRİ TAPILDI – Sənədlər

Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil. Ölkədə 2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.
Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri sabiq nazirin oğlu Anar Mahmudovdur. Hazırda “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazaları, “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi, Azərbaycanda “Range Rover”, “Yaguar”, “Maseratti” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru “Crystal Motors” şirkətidir.
Araşdırmaçı jurnalist Aynur İmranova Eldar mahmudov və onun oğlu Anarın ölkədən xaricdə fəaliyyət göstərən şirkətlərinin sənədlərinin ortaya çıxarıb. Həmin şirkətlər Türkiyə, Lüksemburqda, İspaniyada, xüsusən bu ölkənin Palma Belares adasında fəaliyyət göstərir. Palma de Malyorka adasındakı ”Son Sana Portals”, ”Dato Capitals” şirkətləri Anar Mahmudova məxsusdur.
Maraqlısı odur ki, hətta 2007-ci ildə Azərbaycan Beynəlxalq Bankının Lüksemburqda nümayəndəliyini də açıblar.(Criminal.az)
6cd8b61b4e
5aa43a538d
e9f2dca487

 

Həmçinin oxuyun

Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin”+Video

Jurnalist Nüsrət İsaoğlu Rusiya mediasının həmin ölkədə yaşayan Azərbaycan əsilli iş adamlarına qarşı tutduğu ədalətsiz …

Bir cavab yazın