Cümə , Aprel 26 2024
Ana səhifə / Maaş almayan güləşçilər narazıdır – Mətbuat konfransı keçirəcəklər

Maaş almayan güləşçilər narazıdır – Mətbuat konfransı keçirəcəklər

Bir ay sonra sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.

“Güclü və əzmli olmaq üçün bizə yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almırıq. Yemək verilmir, həkimlər, masajistlər yoxdur. Dünya çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Biz bu məsələ ilə əlaqədar bu və ya digər problemlərin işıqlandırılması üçün mətbuat konfransı təşkil etmişik. Səsimizə səs verən və bayraqlarımızı yüksəklərdə görmək istəyən bütün media nümayəndələrini görüşümüzə səsləyirik”.

Mətbuat konfransı sabah 13:00-da “Excelsior” oteldə baş tutacaq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın