Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məşhur müğənnidən “Baku Medical Plaza”ya şok ittiham: “Allahsızlar qanı müsbət 1 olana, mənfi 4 qan…”

Məşhur müğənnidən “Baku Medical Plaza”ya şok ittiham: “Allahsızlar qanı müsbət 1 olana, mənfi 4 qan…”

“Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar”. 
Bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.
İfaçı “Baku Medical Plaza”da 40 yaşlı qadının ana olduqdan sonra səhhətinin pisləşməsinə münasibət bildirib: “Mənim bir rəfiqəmi də az qalmışdı ki, burda öldürsünlər. O da ana olmağa gəlmişdi. Allahsızlar qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdı. Təsəvvür belə etmək istəmirəm, əgər ona orda qan vurulsaydı, nələr ola bilərdi. Yazıqlar olsun! Belə həkimlərə ar olsun. Adamı şikəst eləməkləri azmış kimi hələ bir pul da istəyirlər. Məhkəməyə verib bunlardan 117 min almaq lazımdır”.
Qeyd edək ki, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza”da ana olduqdan sonra səhhəti pisləşib. Qadının həyat yoldaşının dediklərinə görə, kor bağırsağı partlayan Lətafətə klinikada səhv diaqnoz qoyulub/azpolitika.info

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …