Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Mən xahiş etdim ki, Xoşbəxt müəllim bura dəvət olunsun” – Fotolar

“Mən xahiş etdim ki, Xoşbəxt müəllim bura dəvət olunsun” – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

“Qafqazinfo”nun məlumatına görə, açılışda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir:

“Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək.

Sizi bir daha təbrik edirəm, Sizə yeni uğurlar arzulayıram. Sağ olun”.

Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …