Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məmmədovlar “Hafka”nın klubunun ərazisini əlindən aldı

Məmmədovlar “Hafka”nın klubunun ərazisini əlindən aldı

Keçmiş nəqiyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olmuş “Delfin” MMC “Bakı” Futbol Klubunu “xüsusi mülkiyyətdə olan sahədən” çıxarıb. Virtualaz.org xəbər verir ki, bu barədə qərarı “Delfin” MMC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi çıxarıb. (Report)

“Delfin” MMC Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Lakin Z.Məmmədovun ulduzunun sönməsindən sonra onun ailə biznes imperiyası da sürətlə çöküb, bir çox aktivləri əlindən alınıb. “Garant Holding”in baş ofisinin qapısına qıfıl vurulub. A.Məmmədov isə xeyli vaxtdır ölkəni tərk edib. “Bakı” futbol klubu isə Məmmədovların keçmiş biznes ortağı, “Hafka” kimi tanınan Hafiz Məmmədova məxsus idi.

Məlumata görə məhkəmə prosesi zamanı “Bakı” klubu qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.Məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …