Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb” – Təkzib

“Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb” – Təkzib

Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbdə dərs zamanı baş verən silahlı insidentlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru araşdırma aparır. 
Bu barədə “Report”un sorğusuna cavab olaraq idarədən bildirilib.
İdarədən qeyd olunub ki, baş verən hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: “İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın