Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məhkəmə “Bakı” klubunun ərazidən çıxarılması barədə qərar qəbul edib

Məhkəmə “Bakı” klubunun ərazidən çıxarılması barədə qərar qəbul edib

“Delfin” MMC “Bakı” Futbol Klubu MMC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.

Məhkəmə prosesi zamanı “Bakı” klubu qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb.

Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.

Məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, “Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …