Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu… – FOTOLAR

Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu… – FOTOLAR

Artıq bizlərin Bakıda, Şəkidə oturub boş-boş danışmağının heç bir mənası yoxdur…

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Hoçaz kəndində sülənən ermənilər daha bir tarixi məbədimizi abadlaşdıraraq öz kilsələri kimi açılışını ediblər.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, “Tufengyan” fondunun vəsaiti hesabına təmir olunmuş Azərbaycan məbədinin açılışında  Qarabağın erməni keşişi Parqev Martirosyan və “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyan iştirak edib.
Qeyd edək ki, Hoçaz kəndinin  faktiki “icra nümayəndəsi” fotoda gördüyünüz cavan erməni qadındır…
P.S. Xatırladaq ki, ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində erməni kilsəsi kimi təqdim etdiyi bütün tarixi abidələr  müsəlmanlığın qəbulunadək xristian kimi yaşamış  soydaşlarımızın ibadət məkanları olub… P.P.S. Artıq Bakıda, Şəkidə oturub ermənilərin torpaqlarımızdakı əməli işlərinə qarşı boş-boş danışmağımızın heç bir mənası yoxdur…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …