Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Lənkəranskinin yeddi protreti baha qiymətə satışa çıxarılıb – İstintaq materialları…

Lənkəranskinin yeddi protreti baha qiymətə satışa çıxarılıb – İstintaq materialları…

Kriminal avtoritet Rövşən Lənkəransi ilə bağlı silsilə yazılarımız oxucularımızın marağına səbəb olduğundan biz, növbəti yazılarımıza davam edirik. Bu dəfə sizə Rövşən haqda yazılan şeir, nəğmələr və satışa çıxarılan bahalı portreti haqda məlumat verəcəyik. 
Ümumiyyətlə bizim “Avtoritet”lərin hər birinin maraqlı tarixləri, həyat fəlsəfəsi var. Məşhur rus filosofu P.Y.Çaadayev yazır ki, hər xalqın tarixində gur həyəcanlar dövrü olur: ehtiraslı, narahat fəaliyyət dövrü. Bu cür dövr güclü hissiyatlar, coşqun ehtiraslar və geniş əməllər dövrüdür.
Rövşən Lənkəranskinin Azərbaycanda daha çox  nüfuza mailk idi. Həmyerliləri onun xaincəsinə qətlə yetirilməsini heç cür bağışlaya bilmir. Moskva şəhər prokurorluğunun əməkdaşı D.S.Klimov iddia edir ki, Rövşən Lənkəranski irqindən, cinsindən, dinindən asılı olmayaraq incidilən, haqsız yerə gözümçıxdıya salınan, haqqı əlindən alınan insanlara yardım edib. Başqa bir məlumatda isə deyilir ki, Rövşən Lənkəranski həmçinin RF-nın subyektlərində təhsil alan və ehtiyac içində olan 19 nəfər tələbə üçün də vaxtlı-vaxtında təqaütlər göndərir, onların Azərbaycanda olan velideynlərini himayə edirdi.
Amma Rövşən Lənkəranski ilə bağlı hələ açılmayan neçə sənəd, neçə qovluq qalır. Şübhəsiz, o qovluqlar bir daha açılmayacaq. Onun ölümündən sonra təkcə Moskvada Rövşənlə bağlı dörd şeir və iki nəğmə yazılıb. Onun Moskva və Rostov bazarında satışa çıxarılan yeddi portreti isə baha qiymətə alınıb.
Yazının davamı var…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …