Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Kürd rəhbərliyi hazırkı imkanlarından məhrum olacaq” – Ərdoğan mesaj verdi

“Kürd rəhbərliyi hazırkı imkanlarından məhrum olacaq” – Ərdoğan mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətini müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməyə çağırıb. 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
“Müstəqillik tələbi ilə atılan addımlardan çəkinmək gərəkdir. Bu cür addımlar bölgədə yeni böhran və münaqişələrin yaranmasına səbəb ola bilər.  İraq Kürd Muxtariyyətini bu təşəbbüsə son qoymağa çağırırıq. Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyinin inkar edilməsi İraq Kürd Muxtariyyətinin rəhbərliyini hazırkı imkanlarından məhrum edəcək”, – deyə Ərdoğan qeyd edib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın