Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Koronavirusdan ölən həkimin son sözü – “Qızlarımın yaşı azdır, sahib çıxarsınız”

Koronavirusdan ölən həkimin son sözü – “Qızlarımın yaşı azdır, sahib çıxarsınız”

İstanbuldakı Eyüpsultan Nişanca Ailə Sağlamlığı Mərkəzinin həkimlərindən biri olan Yavuz Kalaycı koronavirus səbəbiylə dünən dünyasını dəyişib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Kalaycının ölümündən sonra onunla bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Belə ki, 56 yaşlı  həkim 10 gün ərzində reanimasiyada olarkən onun valideynlərinin də virusa görə həyatını itirdiyi məlum olub.

Bu xəbər sosial şəbəkədə böyük üzüntü ilə qarşılanıb. Həmkarlarından biri Kalaycının son mesajını sosial şəbəkə hesabından paylaşıb: “Bu gün bir həkim dostumuz koronavirus səbəbindən həyatını itirdi. Eyni səbəbdən anasını, atasını və bacısını itirən həkim Yavuz Kalaycının son sözü isə belə idi: “Qızlarımın yaşı azdır, onlara sahib çıxarsınız””.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …