Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Koroğlu” metrosunda maraqlı hadisə

“Koroğlu” metrosunda maraqlı hadisə

Bakıda metroda növbəti insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 09:25-də “Koroğlu” stansiyasında baş verib.

Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal “Həzi-Aslanov” – “İçərişəhər” istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib.

Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …